Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi


  • 26 Noyabr 2020 09:00

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

E-huquq.az-ın xarici mətbuata istinadən məlumatına görə, o qeyd edib ki, əgər rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə xeyir gətirməyəcək.

"Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri (ATƏT - red), nə də Avropa üçün faydalı olardı", - o deyib.

Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

"Hökumətin (Fransa - red) məsuliyyəti sual verməkdən ibarətdir: belə bir jest faydalı və təsirli olardımı?", - o əlavə edib.

Dövlət katibi vurğulayıb ki, bu addım heç bir fayda verməyəcək.

Oxşar xəbərlər