Məzmuna keç

Ermənistan parlamenti hərbi vəziyyətin davam etməsinə qərar verdi

Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin davam etməsinə qərar verib.

E-huquq.az xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Parlament “Çiçəklənən Ermənistan” Partiyasının təşəbbüsünü dəstəkləməyib.

Səsvermədə 36 deputat təşəbbüsün lehinə, 56-sı əleyhinə səs verib.

Qeyd edək ki, Ermənistan müxalifəti hərbi vəziyyətin ləğvinin elan edilməsinə, bundan sonra isə Nikol Paşinyanın istefasına nail olmağa çalışır.