İranda nüvə alimi öldürüldü


  • 27 Noyabr 2020 19:24

İranın Müdafiə Nazirliyi qurumun Araşdırma və İnnovasiya Təşkilatının rəhbərinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

E-huquq.az-ın məlumatına görə, açıqlamada bildirilir.

Bu gün günorta saatlarında silahlı şəxslər Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin avtomobilinə hücum edib.

Qeyd olunub ki, mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində M. Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar xəbərlər