Ali Məhkəmə Almazbek Atambayevin cinayət işini yenidən baxılması üçün aşağı instansiyaya göndərdi


  • 30 Noyabr 2020 17:19

Qırğızıstan Ali Məhkəməsi sabiq prezident Almazbek Atambayevin cinayət işini yenidən baxılması üçün aşağı instansiyaya göndərib.

E-huquq.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ali Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 30-da Ali Məhkəmə kriminal avtoritet Aziz Batukayevin qanunsuz sərbəst buraxılması iddiası ilə bağlı iki alt instansiyanın hökmlərini ləğv edib və işi yenidən baxılması üçün Bişkekin Bir may rayon məhkəməsinə göndərib”, - deyə bildirilib.

Qeyd edək ki, məhkəmənin hökmü ilə A. Atambayev 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər