Məzmuna keç

Pompeo kiberhücumlarda Rusiyanı ittiham etdi

ABŞ Dövlət katibi Mayk Pompeo ölkə hökumətinin şəbəkəsinə genişmiqyaslı kiberhücumlarda Rusiyanın iştirakı olduğunu bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi “The Mark Levin Show”a müsahibəsi zamanı qeyd edib.

“Düşünürəm ki, indi məhz rusiyalıların iştirakı olduğunu daha dəqiq deyə bilərik”, – deyə M.Pompeo bildirib.