Məzmuna keç

ÜST: Niderland, Danimarka və Avstraliyada yeni növ koronavirus aşkarlanıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Niderland, Danimarka və Avstraliyada da İngiltərədə təsbit edilmiş yeni koronavirus növü aşkar edib.

E-huquq.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd edək ki, 14 dekabrda Böyük Britaniyanın səhiyyə naziri Mett Hankok ölkədə SARS-CoV-2-nin yeni versiyasını aşkarladıqlarını elan edib. Bu koronavirusun daha sürətlə yayılan növüdür.