Məzmuna keç

Türkiyədə 5,3 bal gücündə zəlzələ oldu

Bu gün Türkiyənin Elazığ bölgəsində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələnin 15,94 kilometr dərinlikdə baş verdiyi qeyd olunur.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, indiyə kimi itki və dağıntı barədə məlumat yoxdur.