Məzmuna keç

Türkiyədə terrorçularla atışmada bir əsgər şəhid oldu, iki əsgər yaralandı

Türkiyənin Diyarbakır şəhərinin Lice bölgəsində terrorçularla baş vermiş atışma zamanı bir türkiyəli əsgər şəhid olub.

E-huquq.az xəbər verir ki, bu barədə “Haber Global” Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Atışma nəticəsində daha iki əsgər yaralanıb.