Putinlə Makron Moskva görüşü barədə müzakirə apardılar


  • 10 Yanvar 16:45

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V. Putin və E. Makron sabah Moskvada Rusiya Prezidentinin təşəbbüsü və iştirakı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş barədə müzakirə aparıb.

Qeyd edilib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin koordinasiya edilməsi çərçivəsində Rusiya Prezidentinin fransalı həmkarı telefon danışığında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin icrası, regionda sülhün təmin olunması istiqamətində gələcəkdə atılacaq addımlar diqqət mərkəzində olub.

E. Makron Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərinə dəstəyini ifadə edib. Tərəflər əsas diqqəti döyüşlərdən əziyyət çəkmiş əhaliyə humanitar yardımlara, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların roluna yönəldiblər.

Oxşar xəbərlər