“Rusiya ilə danışıqlar aparırıq” – Akardan kritik açıqlama


  • 14 Yanvar 2021 23:28

Türkiyə müdafiə naziri Hulusi Akar “S-400” sistemləri ilə bağlı geri addım atmayacaqlarını, bununla əlaqədar ABŞ-la münasibətlərdə yaranmış problemləri dialoqla həll edəcəklərinə ümid etdiyini deyib.

E-huquq.az xəbər verir ki, Akar Türkiyənin Rusiyadan ikinci “S-400” partiyasının satın alınması üçün danışıqlar apardıqlarını açıqlayıb.

“Gəldiyimiz yerdən geri dönmək çox problemlidir. ABŞ-ı sanksiya təhdidlərini dayandırmağa dəvət edirik. Problemlərin dialoqla həll olunmasını istəyirik. ABŞ tərəf bir həll istəsə, texniki səviyyədə çalışaraq bir həll yolu tapıla bilər”, - nazir vurğulayıb.

Oxşar xəbərlər