Prezident Çiprasdan 300 milyon rüşvət alıb - İddia


  • 16 Yanvar 2021 20:55

Cənubi Kiprdə “qızıl pasport” böhranı ilə bağlı yeni iddialar ortaya çıxıb.

E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzetinin Cənubi Kiprdəki filialı məlumat yayıb.

İddia olunur ki, Cənubi Kipr Prezidenti Nikos Anastasiadis rüşvət alaraq “qızıl pasport” satıb:

“Anastasiadis Yunanıstanın sabiq baş naziri Aleksis Çiprasdan “qızıl pasport”lar qarşılığında 300 milyon avro rüşvət aldığını etiraf edib. Prezident bunu etiraf edərkən içkili vəziyyətdə olub. Anastasiadis özəl təyyarə ilə pulları Seyşel adalarına göndərib”, - qəzet yazıb.

Qeyd edək ki, bu iddialar ölkədə səs-küyə səbəb olub və müxalif qüvvələr dərhal hərəkətə keçib.

Oxşar xəbərlər