Lloyd Ostin Pentaqonun yeni rəhbəri oldu


  • 22 Yanvar 2021 20:31

ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

E-huquq.az xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş, 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin edilmiş L.Ostin 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

Oxşar xəbərlər