Məzmuna keç

Rusiyada baş vermiş ağır avtoqəzada 11 nəfər öldü

Rusiyanın Samara vilayətində ağır yol qəzası baş verib. Hadisə zamanı avtobus, yük maşını və minik maşını toqquşub. Avtoqəza zamanı 11 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Azarov özünün “Instagram” səhifəsində yazıb.

“Yol qəzası bu dəqiqələrə qədər 11 nəfərin ölümünə səbəb olub: 10 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada keçinib. Ümumilikdə 24 nəfər xəsarət alıb, onların hamısı xəstəxanaya yerləşdirilib, üçü hazırda cərrahi əməliyyat olunur”, – deyə Azarov bildirib.