Məzmuna keç

Türkiyədə məşhur vəkilin evi yandı, özü xəsarət aldı –

Türkiyənin Muğla şəhərində məşhur vəkilin evində yanğın olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Semiha Mine Hovi adlı vəkilin evinə məxsus zirzəmidə baş verib. Üçmərtəbəli evdə başlayan yanğını söndürməyə cəhd edən vəkil əl və ayaq nahiyəsindən yanıq xəsarətləri alıb.

Hadisə yerinə gələn yanğınsöndürmə qüvvələri alovun qarşısnı ala bilib. Yanğın nəticəsində evin yararsız hala düşdüyü bildirilir.

Qeyd edək ki, Semiha Mine Hovi məşhur şəxslərin vəkili kimi tanınır.

bbbbbbbb.jpg

bbbbbbbbbbb.jpg

Sevgül Qasımzadə