Məzmuna keç

Lavrov Qarabağla bağlı razılaşmaları müzakirə etdi

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

XİN rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin icrasını, habelə 30 yanvar 2021-ci ildə Moskvada üç ölkənin hökumət başçısının müavinlərinin həmsədrliyi ilə keçirilmiş işçi qrupunun iclasının nəticələrini müzakirə ediblər.