Adana Vəkil Bürosunun vəkili Ayhan Alagözə öz ofisində silahlı hücum olub.
E-huquq.az xəbər verir ki, 3 nəfər silahlı şəxs onun ofisinə daxil olaraq pul tələb ediblər. Vəkil buna etiraz edəndə həmin şəxslər onu döyərək, xəsarət yetiriblər.
Hadisə yerinə gələn polis iki nəfəri saxlasa da, bir nəfər qaçmağa nail olub.
Xəsarət alan vəkil xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
