Məzmuna keç

Putinlə Paşinyan arasında telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, telefon danışığı zamanı Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr üçtərəfli bəyanatının,eləcə də 11 yanvar 2021-ci üçtərəfli sammitdə əldə olunan razılıqların həyata keçirilməsi aspektlərini müzakirə ediblər

Bundan başqa, Rusiya-Ermənistan əməkdaşlığının bir sıra aktual məsələlərinə toxunulub.