Sərkisyanın müsahibə verdiyi kanal rəhbəri saxlanıldı


  • 19 Fevral 2021 23:52

Politoloq Karen Bekaryan, Ermənistan parlemantinin keçmiş aparat rəhbəti Ara Saqatelyan və politoloq Anjela Əlibəyova Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

E-huquq.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Əlibəyova bir müddət sonra sərbəst buraxılıb və jurnalistlərə açıqlamasında deyib ki, iş kompüteri və telefonunu götürüblər.

Qeyd edək ki, saxlanılan hər 3 şəxs keçmiş prezident Serj Sərkisyanın adamlarıdır. Karen Bekaryan müxalifyönlü “Armnyus” kanalının sahibidir. Kanalın qeyri-rəsmi sahibi isə Ermənistanın Vatikandakı keçmiş səfiri, Sərkisyanın kürəkəni Mikayıl Minasyandır.

Serj Sərkisyan uzun müddət susqunluqdan sonra məhz bu kanala verdiyi müsahibə ilə gündəmə gəlib.

Oxşar xəbərlər