NATO-dan Ermənistana çağırış


  • 25 Fevral 2021 23:12

NATO Ermənistanda baş verən siyasi hadisələr fonunda tərəfləri demokratiyaya bağlılığa çağırıb.

E-huquq.az xəbər verir ki, alyans Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefasını istəməsindən sonrakı prosesləri yaxından izlədiyini bildirib.

NATO sözçüsü Oana Lunkesku tərəfləri gərginliyi artıran açıqlama və davranışlardan çəkinməyə səsləyib:

“Siyasi müxtəlifliklər sülhpərvər yollarla və Ermənistan konstitusiyasına uyğun şəkildə, demokratiya yolu ilə həllini tapmalıdır”.

Oxşar xəbərlər