Məzmuna keç

Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur

Ermənistan prezidenti Armen Sarkisyan hər hansı təzyiq altında ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ətrafında yaranmış vəziyyətlə əlaqədar hərəkət etməyəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Aparatında bildiriblər.

"İndiki vəziyyətdə heç kim prezidenti siyasi prosesə cəlb etməyə çalışmamalıdır. Prezidentə istənilən təzyiq cəhdləri yolverilməzdir”, – xəbərdə deyilir.

Prezident Aparatında qeyd ediblər ki, Armen Sarkisyan "kiminsə və ya hər hansı siyasi gücün tərəfini tutmur".

"Prezident öz funksiyalarını həyata keçirərək, yalnız dövlətin və xalqın maraqlarını rəhbər tutur", – bəyanatda qeyd edilir.