Məzmuna keç

Paşinyan yenə Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması təklifini prezidentə göndərdi

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi növbəti dəfə ölkə prezidenti Armen Sarkisyana göndərib.

E-huquq.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb. Layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.