Türkiyədə hərbi helikopterin qəzasında ölənlərin sayı 11 nəfərə çatdı - YENİLƏNDİ


  • 4 Mart 2021 23:47

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə e-huquq.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq yaralı əsgərlərdən birini xilas etmək mümkün olmayıb.

Nazirlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.

***

22:00

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə e-huquq.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Nazirlik bildirib ki, xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq dörd yaralı əsgərlərdən birini xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.

Ölənlər arasında Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş da var.

***

20:12

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.

Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.

Qəzanın səbəbi barədə hələlik məlumat verilməyib.

Oxşar xəbərlər