Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verdi


  • 4 Mart 2021 21:00

Martın 4-də Milli Məclisin sədri Sahibə Qafarova öz "Twitter" səhifəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən məlumata görə, parlamentin sədri Türkiyənin Bingöl istiqamətindən Tatvana gedən və əsgərləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 9 əsgərin şəhid olmasından kədərləndiyini bildirib, qardaş Türk xalqına və şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləklərini ifadə edib.

Oxşar xəbərlər