Məzmuna keç

Türkiyə məhkəməsi Rusiya səfirinin qətli ilə bağlı hökm açıqladı

Ankarada məhkəmə 2016-cı ildə Rusiya səfiri Andfrey Karlovun qətli ilə bağlı hökm verib.

E-huquq.az-ın məlumatına görə, altı nəfərə ömürlük həbs cəzası verilib.

Daha beş nəfər 5 ildən 9 ilədək azadlıqdan məhrum edilib. Beş nəfər bəraət qazanıb.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabrında sərgi zamanı qətlə yetirilmişdi.