Məzmuna keç

HDP-nin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edildi

Xalqların Demokratik Partiyasının (HDP) fəaliyyətinin dayandırılması üçün Türkiyə Konstitusiya Məhkəməsinə müraciət olunub.

E-huquq.az xəbər verir ki, ittiham aktı Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin tərəfindən hazırlanıb.

İttiham aktında HDP üzvlərinin bəyanatları ilə ölkəni parçalamaq məqsədi güddükləri qeyd olunub.