Məzmuna keç

Türkiyədə vəkil həmkarını güllələdi

Türkiyədə vəkil ehtiyyatsızlıqdan həmkarına atəş açıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kadıköy bölgəsində baş verib. Belə ki, 26 yaşlı vəkil K.S.E. dostuna aid silahla ehtiyatsız davranarkən açılan atəşə həmkarı 25 yaşlı Tolga.K tuş gəlib. Nəticədə Tolga.K başından güllə yarası alıb.

Yaralanan vəkil təcili xəstəxanaya yerləşdirilib.

K.S.E. şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.