Bu gün Türkiyədə "Vəkillər günü" qeyd olunur


  • 5 Aprel 2021 10:10

Bu gün Türkiyədə "Vəkillər günü" qeyd olunur.

E-huquq.az xəbər verir ki, 1934-cü il yanvarın 3-də İzmirdə Türkiyə Vəkillər Birliyinin toplantısı keçirilib. Bu iclasda vəkillər kollegiyalarının eyni bir qurumda birləşməsi qərara alınıb.

1958-ci il aprelin 5-də yenidən İzmirdə vəkil bürolarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Türkiyə Vəkillər Kollegiyaları Birliyinin yaradılması istiqamətində işlərə başlanılıb. Daha sonra İzmir vəkil bürosunun İdarə Heyəti 1963-cü il yanvarın 6-da 5 aprel tarixinin "Vəkillər günü" kimi qeyd olunması barədə qərar qəbul edib.

Türkiyə Vəkillər Kollegiyaları Birliyi Baş Məclisinin 1987-ci ilin 15-16 may tarixlərində Təkirdağda keçirilən toplantısında isə İzmir bürosu İdarə Heyətinin qərarına uyğun olaraq, hər il 5 aprel tarixinin "Vəkillər günü" kimi qeyd edilməsi barədə qərar yekdilliklə qəbul edilib.

Bu tarixdən etibarən hər il 5 aprel Türkiyədə "Vəkillər günü" kimi qeyd edilir.

Məlumat üçün bildirək ki, hazırda Türkiyə 143 mindən çox vəkil fəaliyyət göstərir. Türkiyə Vəkillər Kollegiyaları Birliyinin rəhbəri Metin Feyzioğludur.

Oxşar xəbərlər