Şahzadə Filip dəfn edildi- YENİLƏNDİ


  • 17 Aprel 2021 19:21

Böyük Britaniya kraliçası II Elizavetanın əri - şahzadə Filip Vindzor qəsrində müqəddəs Georgi kilsəsində dəfn edilib.

E-huquq.az xəbər verir ki, Edinburq hersoqu hələ sağlığında özünün dəfn mərasimi ətrafında səs-küy istəmədiyini bildirib və mərasimin izdihamsız keçirilməsini istəyib. Digər tərəfdən koronavirus pandemiyası onun arzusunu həyata keçirməyə imkan verib: mərasimdə onun 30 ən yaxın qohumu iştirak edib, dəfn duaları oxunub.

Edinburq hersoqu Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib.

Mərasim Britaniya televiziyası ilə translyasiya edilib.

Böyük Britaniyanın baş naziri Boris Conson dəfndə iştirak etməyib.

Oxşar xəbərlər