Məzmuna keç

Rusiya XİN Azərbaycanın 15 erməni hərbçini qarşı tərəfə qaytarmasını alqışladı

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın 15 erməni hərbçini minalanmış ərazilərin xəritələri müqabilində Ermənistana təhvil verməsinə münasibət bildirib.

E-huquq.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında bu xəbəri çoxdan gözlənilən və möhtəşəm adlandırıb.

"Tərəflərin bu cür addımlarını alqışlayırıq", – deyə M.Zaxarova yazıb.