Putin Makronla Qarabağı müzakirə etdi


  • 2 İyul 2021 23:13

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə e-huquq.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Ukrayna, Liviya və Qarabağı müzakirə ediblər. Rusiya lideri fransalı həmkarını Qarabağla bağlı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların reallaşmasının gedişatı barədə məlumatlandırıb.

Həmçinin, prezidentlər beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da müzakirələr aparıblar.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb.

Oxşar xəbərlər