Konstitusiya Məhkəməsi “Ermənistan” və “Mənim şərəfim var” bloklarının seçkinin nəticələrinin ləğvinə dair iddiasına baxacaq


  • 5 İyul 2021 18:16

Ermənistan Konstitusiya Məhkəməsi “Ermənistan” (rəhbəri eks-prezident Robert Koçaryan) və “Mənim şərəfim var” (rəhbəri Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan) bloklarının iddiasına baxacaq.

E-huquq.az-ın xəbərinə görə, Ermənistan Konstitusiya Məhkəməsinin yaydığı məlumatda bildirilir ki, qeyd olunan iki blokla yanaşı, “Oyanış” və “Erməni vətəni” partiyalarının da iddiasına iyulun 9-da bir yerdə baxılmasına qərar verilib.

Məhkəmədən bildirilib ki, iddiaların motivi eyni olduğu üçün işə bir yerdə baxılması qərara alınıb.

Cavabdeh qismində Ermənistan MSK, Baş Prokurorluq, Polis və Televiziya və Radio Komitəsi çıxış edir.

İddiaçılar iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinin etibarsız sayılmasını tələb edilər.

Xatırladaq ki, növbədənkənar parlament seçkilərində Baş nazir əvəzi Nikol Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib.

Oxşar xəbərlər