Haiti Prezidenti sui-qəsd nəticəsində öldürüldü


  • 7 İyul 2021 14:32

Haiti Prezidentinə sui-qəsd olub.

E-huquq.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin keçid Baş naziri Klaude Cozep bildirib.

Onun sözlərinə görə, Prezident Xovenel Moisenin şəxsi iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib.

"Kimliyi hələlik müəyyənləşdirilməyən bir qrup şəxs gecə Prezidentin iqamətgahına hücum edib, bu şəxslərin bəziləri ispan dilində danışıb. Onlar Prezidenti güllələyiblər. Prezidentin həyat yoldaşı isə yaralanıb. Birinci xanım xəstəxanaya yerləşdirilib", - deyə Baş nazirin bildirib.

Oxşar xəbərlər