Türkiyənin İzmir əyalətində sərnişin mikroavtobusu aşıb.
E-huquq.az xəbər verir ki, mikroavtobus Kınık rayonundan Kemalpaşa rayonuna gedirmiş.
Məlumata əsasən, hadisə yerinə çox sayda təcili yardım briqadaları və xilasedicilər cəlb edilib.
Bildirilir ki, qəza nəticəsində 6 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Turqutlu və Kemalpaşa rayonlarının dövlət xəstəxanalarına yerləşdiriliblər.
