Məzmuna keç

“Taliban” Əfqanıstanın konstitusiyasını dəyişdirəcək

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ölkədə yeni konstitusiyanın qəbul ediləcəyini açıqlayıb.

E-huquq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın siyasi bürosunun nümayəndəsi bildirib.

“Əfqanıstanın yeni konstitusiyası qəbul ediləcək. Bu, qaçılmazdır”, – o söyləyib.

Nümayəndənin sözlərinə görə, ölkə hələ rəsmi şəkildə “İslam Əmirliyi” adlandırılmayıb, amma belə bir arzu var.