Avstriyanın keçmiş vitse-kansleri korrupsiya ittihamı ilə həbs edildi


  • 27 Avqust 2021 19:15

Avstriyanın sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) keçmiş rəhbəri, sabiq vitse-kansler Haynts-Xristian Ştraxe beş ilədək müddətə həbs oluna bilər.

E-huquq.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

2019-cu ildə məşhur “Ibiza” qalmaqalına görə bütün siyasi vəzifələrindən istefa verən Ştraxeyə qarşı korrupsiya ittihamı ilə cinayət işi açılıb. Belə ki, hakimiyyətdə təmsil olunduğu dövrdə Ştraxe onun dostlarından birinə məxsus özəl klinikanın fəaliyyətini yaxşılaşdırmaq üçün qanunvericilikdə dəyişiklik edilməsinə nail olub. Belə ki, Özəl Xəstəxanaların Maliyyələşdirilməsi Fondu haqqında qanuna müdaxilə nəticəsində Ştraxenin partiyasını maliyyələşdirən şəxs sığorta fondlarından daha yüksək ödənişlər alıb.

Ştraxe 15 ay şərti həbs cəzasına məhkum edilib.

Mənbə: Report

Oxşar xəbərlər