Meksika Ali Məhkəməsi 12 həftəyə qədər abortun dekriminallaşdırılmasını təsdiq edib


  • 8 Sentyabr 2021 09:02

Meksika Ali Məhkəməsi hamiləliyin ilk üç aylıq dövründə abortun dekriminallaşdırılmasını təsdiqləyib.

E-huquq.az xəbər verir ki, iclas “YouTube” platformasında canlı yayımlanıb.

Toplantıda iştirak edən Ali məhkəmənin bütün üzvləri qərarın dəstəklənməsinə yekdilliklə səs veriblər.

Hakimlər Cinayət Məcəlləsinin 196-cı maddəsini konstitusiyaya zidd olduğunu vurğulayıblar.

Ali Məhkəmə sədri Arturo Saldivar bu gün bütün Meksikalı qadınların hüquqları üçün tarixi hadisə adlandırıb.

Qeyd edək ki, bu qərar bütün aşağı instansiya məhkəmələri üçün bir presedent məcburiyyəti yaradır. İndiyə qədər 12 həftəyə qədər hər hansı bir səbəbdən hamiləliyin dayandırılmasına yalnız Mexiko şəhərində, həmçinin, Verakruz, İidalqo və Oaxaka ştatlarında icazə verilirdi”.

Bundan əvvəl hamiləliyin ilkin mərhələdə dayandırılması bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı.

Xatırladaq ki, 2020-ci ilin sonunda Meksika Prezidenti Andres Manuel Lopez Obrador ölkənin bütün bölgələrində abortun qanuniləşdirilməsi ilə bağlı əhali arasında məsləhətləşmə sorğusu keçirmək niyyətini açıqlamışdı.

Mənbə: APA

Oxşar xəbərlər