Türkiyədə boşanmış valideynlərin övladlarıyla görüşü ilə bağlı yeni qaydalar hazırlanır.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsinə əsasən, valideynlərin uşaqla ünsiyyətdə olmasına dair qərarların icrası artıq icra oqranlarının səlahiyyətlərinə aid olmayacaq. Yeni qaydalara görə, uşaqla görüş psixoloq, pedaqoq, sosial işçilər və uşaq mütəxəssislərinin nəzarəti altında həyata keçiriləcək. Bununla bağlı bütün xərclər Ədliyyə Nazirliyi tərəfindən ödəniləcək.
Qanun layihəsi Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.
Qeyd edək ki, Ədliyyə naziri Əbdülhəmit Gül, "Uşaqların bir əşya kimi icra orqanlarının obyekti olmasını qəbul edə bilmərik" deyə açıqlama vermişdi.
