Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib.
E-huquq.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
S.Qalstyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstyanın geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulduğunu bildirmişdi. Eyni ittihamlarla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Galstyan da həbsdədir.
