Mark Zukerberq “Facebook”, “Instagram” və “WhatsApp”ın fəaliyyətində yaranan problemlər nəticəsində 6,6 milyard dollar vəsait itirib.
E-huquq.az-ın xəbərinə görə, həmçinin qeyd olunur ki, “Facebook”un qurucusu təkcə iki saat ərzində baş verən problemlərlə əlaqədar “Forbes”in milyarderlər siyahısında sürətlə geriləyərək altıcı pilləyə enib.
Beynəlxalq qeyri-hökuməti təşkilatı olan "NetBlocks” tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın fəaliyyətində yaranan problemlər nəticəsində qlobal iqtisadiyyata 160 milyon dollar məbləğində ziyan dəyib.
Mənbə: “Forbes”
