"Facebook" adını dəyişdirməyi planlaşdırır


  • 20 Oktyabr 2021 10:15

"Facebook" sosial şəbəkəsi, "İnstaqram" xidməti və "WhatsApp" mesencerinin sahibi olan ABŞ-ın "Facebook" korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.

E-huquq.az-ın məlumatına görə, bu barədə "Verge" portalı mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, "Facebook"un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.

Qeyd edilir ki, "Facebook"un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq.

Oxşar xəbərlər