Çində özünü pis aparan uşağa görə valideyni cəzalandırılacaq - YENİ QANUN


  • 20 Oktyabr 2021 11:00

Çinin parlament komitəsi uşaqları pis hərəkət edərsə, valideynləri cəzalandıracaq qanun layihəsinə baxacaq.

E-huquq.az xəbər verir ki, qanun layihəsində qeyd olunur ki, prokurorluq tərəfindən qeydə alınan uşaqların çox pis və ya cinayət xarakterli davranışları halında qəyyumlara töhmət veriləcək. Onlar ailə tərbiyəsi proqramlarından keçməli olacaqlar.

Bundan əlavə, sənəd valideynləri uşaqlarla birlikdə istirahət, oyun və idman üçün vaxt ayırmağa təşviq edir.

Mənbə: CNN

Oxşar xəbərlər