Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olundu


  • 20 Oktyabr 2021 22:34

Gürcüstan Prokurorluğu ölkə Cinayət Məcəlləsinin 344 -cü maddəsinin birinci hissəsinə əsasən, Gürcüstanın məhkum edilmiş Mixeil Saakaşviliyə qarşı dövlət sərhədini qanunsuz keçmə faktı üzrə ittihamın irəli sürülməsi barədə qərar çıxarıb.

E-huquq.az-ın məlumatına görə, Gürcüstan Prokurorluğundan bildirilib ki, Daxili İşlər Nazirliyi Mixeil Saakaşvilinin sərhəddi qanunsuz keçməsi ilə bağlı araşdırmalarını davam etdirir.

Bütün zəruri prosessual və istintaq hərəkətləri aktiv rejimdə aparılır.

Oxşar xəbərlər