Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyası başlayıb


  • 26 Oktyabr 2021 08:53

Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 41-ci sessiyası öz işinə başlayıb.

E-huquq.az xəbər verir ki, sessiya pandemiya şəraitində ilk dəfə olaraq nümayəndələrin şəxsən iştirakı ilə keçirilir.

Oktyabrın 28-də başa çatacaq sessiyanın əsas müzakirə mövzuları post-pandemiya dövründə inkişaf, miqrasiya, diaspora və regional məsələlərdir.

Post-pandemiya dövründə inkişafla bağlı əsas məruzəçi İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Ulrik Vesterqard Knudsendir. Digər mövzularda isə xüsusi məruzəçilər hesabat təqdim edəcəklər. Tədbirə bir neçə Avropa ölkəsinin güc strukturlarının nümayəndələri də dəvət edilib.

Sessiyanın gündəliyinə beş ölkə - Albaniya, Kipr, Niderland, Şimali Makedoniya və İspaniya barədə hesabatların qəbul edilməsi də daxildir.

Oxşar xəbərlər