Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş keçirilib.
E-huquq.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Məlumata əsasən, görüş Bakı vaxtı ilə saat 13:15-də başlayıb və təxminən 1 saat 10 dəqiqə davam edib. Mətbuat üçün qapalı formatda keçirilən görüşdə Türkiyə Prezidentini xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
***
13:50
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.
E-huquq.az xəbər verir ki, “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.
Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.
