Məzmuna keç

Bayden 1979-cu ildə İrana qarşı tətbiq edilən sanksiyaların müddətini uzatdı

ABŞ Prezidenti Cozef Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin daha bir il uzadılmasına qərar verib.

E-huquq.az xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən yayılan bəyanatda deyilir.

Bəyanatda deyilir ki, amerikalı lider İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib.

Söhbət 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov kimi qalan amerikalı diplomatların azad edilməsinə səbəb olan ABŞ və İran arasında razılaşmalardan gedir. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini təsbit edir.

Qeyd edək ki, 1979-cu il noyabrın 14-də ABŞ-ın 39-cu prezidenti Cimmi Karter amerikalıların Tehranda girov götürülməsinə cavab olaraq 12 170 saylı fərman imzalayıb. Xəzinədarlıq departamentinə İranın ABŞ-dakı bütün rəsmi holdinqlərini, o cümlədən Amerika bankları və onların xaricdəki törəmə və filialları ilə hesablarını dondurmaq əmri verilib.

1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-dan İrana bütün malların, o cümlədən ərzaq və dərmanların ixracını qadağan edbi. Daha sonra İrandan ABŞ-a istənilən mal idxalına embarqo qoyulub.