Məzmuna keç

Putin Paşinyanla Qarabağı müzakirə etdi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Telefon danışığı zamanı Cənubi Qafqaz regionundakı vəziyyət və vəziyyətin stabilləşməsi üçün 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan razılaşmaların reallaşması istiqamətində görülən tədbirlərin müzakirəsi davam etdirilib.

Nikol Paşinyan Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirib.