Məzmuna keç

Serj Sarkisyan Antikorrupsiya Komitəsində dindiriləcək

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Antikorrupsiya Komitəsinə çağırılıb.

E-huquq.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili məlumat verib.

Vəkil qeyd edib ki, Ermənistanın sabiq prezidenti təqsirləndirilən şəxs qismində dindiriləcək.