Ermənistan ordusunun 16 noyabr döyüşlərində cəbhədən qaçan mayoru həbs edildi


  • 26 Noyabr 2021 00:38

Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədən Ermənistanın ordusunun zabiti döyüş mövqeyini itirdiyinə görə həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan bildirib.

Onun adı açıqlanmır. Qeyd edilir ki, istintaq zamanı mayor rütbəli zabitin 7 hərbçi ilə döyüş mövqeyindən qaçdığı müəyyənləşib.

Zabitə qarşı Cinayət Məcəlləsinin “Döyüş vəzifəsinin və ya hərbi xidmətin icrası qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda” maddəsi üzrə cinayət işi açılıb.

Oxşar xəbərlər