Britaniya Avropa İnsan Hüquqları Konvensiyasından çıxa bilər


  • 2 Dekabr 2021 09:29

Britaniya qeyri-qanuni mühacirlərlə mübarizə aparmaq üçün insan haqları konvensiyasından çıxmaq qərarına gəlib.

E-huquq.az xəbər verir verir ki, bunu krallığın baş naziri Boris Conson parlamentin İcmalar Palatasında çıxışı zamanı bəyan edib.

O, bildirib ki, ölkə qeyri-qanuni miqrasiya axını ilə daha effektiv mübarizə aparmaq üçün Avropa İnsan Hüquqları Konvensiyasından çıxa bilər.

Hökumət başçısı vurğulayıb ki, hazırda bu istiqamətdə bütün imkanlar araşdırılır.

Hakim Mühafizəkarlar Partiyasının bəzi üzvlərinin fikrincə, məhz bu Konvensiya qeyri-qanuni mühacirlərlə mübarizədə hakimiyyətin imkanlarını məhdudlaşdırır və cinayətkarlara kömək edir.

Oxşar xəbərlər