Məzmuna keç

Ermənistanda hərbi hissədə silahlı insident olub, 1 hərbçi ölüb, 2-si yaralanıb

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.

E-huquq.az xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb.

Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.

Hadisənin təfərrüatı araşdırılır.